Şahmat üzrə xatirə turnirində üç turun oyunları keçirilib
Mərhum gənclər və idman naziri, ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuş respublika şahmat turniri davam edir.

Turnirin üç turunun oyunlarının nəticəsinə görə, Şəki şahmatçısı Süleyman Süleymanlı (U-16), Bakı şahmat məktəbinin yetirmələri Kamal İsfəndiyarlı (U-14), Cahandar Azadəliyev (U-12), Suat İbrahimli (U-10) öz yaş qruplarında birinci yerdə mübarizəni davam etdirirlər.

Yeddi turdan ibarət olacaq turnirin reytinq favoriti Süleyman Süleymanlıdır. 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən yarış oktyabrın 15-dək davam edəcək.

Xəbər 640 dəfə oxundu.