Formula 1 Fransa Qran-Prisi ekoloji sertifikat alıb
Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 Fransa Qran-Prisinin təşkilatçılarının səylərini yüksək qiymətləndirib.

Federasiya tərəfindən təşkilatçılar enerji istehlakına qənaəti, bioyanacaqdan, o cümlədən ekoloji cəhətdən təmiz materiallardan istifadə, birdəfəlik istifadə olunan plastiklərdən imtina, azarkeşlərin iştirakı ilə karbon izini azaltmaq üçün innovativ planın tətbiqinə görə, yüksək səviyyəli ekoloji sertifikat alıblar.

Formula 1 Fransa Qran-Prisi iyunun 20-də keçirilib. Pol Rikar avtodromunda təşkil olunan mövsümün yeddinci yarışında “Red Bull”un pilotu Maks Ferstappen birinci yeri tutub.

Xatırladaq ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində "Red Bull"un pilotu Serxio Peres qalib olub.

Xəbər 299 dəfə oxundu.