Paralimpiya çempionu dopinqə görə cəzalanıb
Beynəlxalq Paralimpiya Komitəsi (IPC) nigeriyalı pauerliftinqçi Pol Kehindeni anti-dopinq qaydalarını pozduğuna görə cəzalandırıb.

33 yaşlı paralimpiyaçı orqanizmində diuretiklər, hidroxlorotiazid və amilorid aşkarlanığı üçün 30 aylıq diskvalifikasiya olunub.

Onun cəzası 2020-ci ilin martından hesablanacaq.

Qeyd edək ki, Pol Kehinde 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının qalibidir.

Xəbər 436 dəfə oxundu.