UEFA Gənclər Liqası: AZ - "Qəbələ" oyununun hakimləri bəlli olub
UEFA Gənclər Liqasının I təsnifat mərhələsində "Qəbələ"nin Niderlanda AZ ilə keçirəcəyi cavab oyununun hakimləri bəlli olub.

Qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.

Referi Dario Belə Maryan Tomas və Kruno Sariç köməklik göstərəcək. Dördüncü hakim niderlandlı olacağından, hələlik açıqlanmayıb.

Qeyd edək ki, oktyabrın 19-da oynanılacaq AZ - "Qəbələ" görüşü Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Qəbələdəki ilk görüşdə Niderland klubu 4:0 hesablı qələbə qazanıb.

Xəbər 285 dəfə oxundu.