Samboçularımız yeniyetmə və gənclər arasında dünya birinciliyində iştirak edəcəklər
Oktyabrın 14-də Yunanıstanın Saloniki şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında dünya birinciliyi start götürəcək.

Yarışda ölkəmizi 12 idmançı təmsil edəcək. Belə ki, yeniyetmələr arasında turnirdə Sahib Babayev (53 kq), Əli Hacıyev (58 kq), Rəvan Novruzov (64 kq), Kərəm Babazadə (71 kq), Camal Baqişov (79 kq), Rəsul Aydəmirov (98 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) iştirak edəcəklər.

Gənclərin yarışında isə Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Kamran Qasımov (71 kq), Adil Adilzadə (88 kq), Toğrul Salmanov (+98 kq) mübarizə aparacaqlar.

Turnir oktyabrın 18-də başa çatacaq.

Xəbər 465 dəfə oxundu.