Futzal üzrə millimizin baş məşqçisi “Avro-2022”nin püşkatma mərasimində iştirak edəcək
Oktyabrın 18-də futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Niderlandın Zeist şəhərində təşkil olunacaq tədbirdə ölkəmizi milli komandanın baş məşqçisi Joze Alesio Da Silva və komandanın meneceri Fərrux Hüseynzadə təmsil edəcəklər.

Püşkatma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, çempionatın final mərhələsində ilk dəfə olaraq 16 komanda yarışacaq. İştirakçılardan 15-i məlumdur. Noyabrda Serbiya-Belarus arasında keçiriləcək pley-off oyunlarından sonra son iştirakçı da müəyyənləşəcək.

Qeyd edək ki, millimiz ardıcıl 6-cı dəfə Avropa çempionatının final mərhələsində gücünü sınayacaq.

Xəbər 300 dəfə oxundu.