Bu gün Azərbaycan millisi Belqradda Serbiya yığmasının qonağı olacaq
Futbol üzrə dünya çempionatının seçmə mərhələsində bu gün Bakı vaxtı ilə saat 22:45-də Belqraddakı Rayko Mitiç stadionunda Serbiya və Azərbaycan milli komandaları qarşılaşacaq.

“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Belçikadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Erik Lambrexts olacaq. Ona Rien Vanizer və Jo De Vayrdt kömək edəcəklər. Dördüncü hakim funksiyasını Natan Verbumen yerinə yetirəcək.

Matçın VAR hakimi Laurens Visser, onun köməkçisi Conatan Landot olacaq.

Bu komandaların Bakıdakı oyununda Serbiya 2:1 hesabı ilə qalib gəlib. Hazırda 1 xalı olan Azərbaycan millisi sonuncu – beşinci pillədə qərarlaşıb. Serbiya isə 14 xalla hələlik qrup lideridir.

Xəbər 317 dəfə oxundu.