Azərbaycan şahmatçısı dünya birinciliyinin medalını qazanmaq iddiasındadır
Azərbaycan şahmatçısı Xəyalə Abdulla Afinada gənclər arasında dünya birinciliyinin medalını qazanmaq iddiasındadır. On ikinci turda həmyerlimiz Belarus şahmatçısı Nastasya Zyazyulkina ilə heç-heçə oynayaraq səkkiz xal toplamışdır. Ön sıraya çıxmış polşalı şahmatçı Medina Varda ondan yarım xal irəlidədir. Digər idmançımız Səbinə İbrahimova ukraynalı İrina Petrovaya qalib gələrək 7,5 xal toplamışdır.
Oğlanlar arasında yarışda Ülvi Bacarani İtaliyadan olan Marko Kodenotti ilə heç-heçə oynamışdır. Ülvinin hesabında yeddi xal vardır.
AzərTAc

Xəbər 1156 dəfə oxundu.