Bu gün Azərbaycanın U-21 komandası xorvatiyalı həmyaşıdları ilə qarşılaşacaq
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Xorvatiya yığması ilə qarşılaşacaq.

Sumqayıtdakı “Kapital Bank Arena”da, saat 20:30-da keçiriləcək oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Qarşılaşmanı Çexiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Andrey Berka olacaq. Ona İvo Nadvornik və Matey Vlcek kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pavel Orel yerinə yetirəcək.

Azərbaycan millisi qrupda keçirdiyi ilk iki görüşdə Xorvatiya və Avstriyaya məğlub olub, üçüncü oyunda isə Finlandiya ilə heç-heçə edib. Hazırda 1 xalı olan yığmamız 6 kollektiv arasında beşinci pillədə qərarlaşıb. Xorvatiya isə 9 xalla ikincidir.

Xəbər 306 dəfə oxundu.