Gələn il Formula 3-də yeni komanda debüt edəcək
Formula 3-ün təşkilatçıları 2022-2024-cü illərdə turnirdə iştirak edəcək 10 komandanın adını açıqlayıblar.

Ötən mövsüm ilə müqayisədə komandaların siyahısında bir dəyişiklik var. Belə ki, gələn ildən Almaniyanın "HWA Racelab" komandasını "Van Amersfoort Racing" (Niderland) əvəz edəcək.

Hər komanda yarışlarda 3 bolidlə təmsil olunacaq.

Qeyd edək ki, çıxış etdiyi 3 il ərzində "HWA Racelab" komandasının pilotları 4 qələbə qazanıb və 10 dəfə podiuma qalxıblar.

Xəbər 428 dəfə oxundu.