Azərbaycan – Qırğızıstan oyununda hesab açılmayıb
Qəbələdə təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün sonuncu yoldaşlıq oyununu keçirib.

Qırğızıstan millisi ilə oyun 0:0 hesabı ilə başa çatıb.

Xatırladaq ki, bu komandalar arasında oktyabrın 8-də keçirilmiş ilk oyun da heç-heçə (1:1) nəticələnmişdi.

Xəbər 283 dəfə oxundu.