Veteranlar arasında dünya çempionatında Azərbaycanı 16 cüdoçu təmsil edəcək
Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçiriləcək dünya çempionatında Azərbaycanı 16 cüdoçu təmsil edəcək.

Kişilər arasında Babək Hacıyev (60 kq), Vüqar Babayev (66 kq), Müşfiq Cəfərov, Məmməd Məmmədov (73 kq), Vüsal Cəfərov, Mübariz Cəfərov, Fərhad Cəfərli, Mahir Ağamirzəyev, Rövşən Bağırov (90 kq), Azər Əsgərov, Seyfəl Əsgərov, İmran İmanov, Tural Səfquliyev (100 kq), Yəmən Fətiyev, İntiqam Ələkbərov və Ayaz Umudəliyev (+100 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, oktyabrın 21-də start götürəcək turnir 4 gün davam edəcək.

Xəbər 569 dəfə oxundu.