Avropa kubokunda Azərbaycanı 11 cüdoçu təmsil edəcək
Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək cüdo üzrə Avropa kubokunda Azərbaycanı 11 idmançı təmsil edəcək.

Turnirdə kişilər arasında Rəşad Baxşəliyev, Sənan Əhmədov (60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev (66 kq), Zaməddin Poladov, Rüfət Şovlatov (73 kq), Ömər Rəcəbli, Kərim Məmmədov, Məhərrəm İmamverdiyev (81 kq), Rüfət İsmayılov (90 kq) və Ruslan Nəsirli (100 kq) mübarizə aparacaqlar.

Oktyabrın 16-da start götürəcək turnirdə 26 ölkədən 300-ə yaxın cüdoçu iştirak edəcək.

Turnirə oktyabrın 17-də yekun vurulacaq.

Xəbər 312 dəfə oxundu.