“Araz-Naxçıvan” klubu heyətinə yeni braziliyalı futzalçı cəlb edib
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Araz-Naxçıvan” heyətinə daha bir futzalçı cəlb edib.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, yayda iki braziliyalı oyunçu ilə güclənən son çempionun növbəti transferi də “sambaçı”dır. Əsasən müdafiədə yer alan David Qustavonun son klubu vətənində “Campo Mourao” olub.

İyirmi beş yaşlı futzalçı artıq klubun heyətində qeydiyyata salınıb və o, Yüksək Liqanın oyunlarında da iştirak edə biləcək.

Xəbər 719 dəfə oxundu.