Şahmat üzrə xatirə turniri davam edir
Mərhum gənclər və idman naziri, ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuş respublika şahmat turniri davam edir.

Turnirin iki turunun oyunlarının nəticəsinə görə, Süleyman Süleymanlı (U-16), Kamal İsfəndiyarlı (U-14), Cahandar Azadəliyev (U-12), Suat İbrahimli (U-10), Aylin Nurəhmədli (U-8) birinci yerdə qərarlaşıblar.

Yarışda Bakı, Sumqayıt, Qəbələ, Qax, Balakən, Şəki, Qusar, Yardımlı, Cəbrayıl və Laçından 100-ə yaxın şahmatçı iştirak edir.

Yeddi turdan ibarət olacaq turnirin reytinq favoriti Süleyman Süleymanlıdır. 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən yarış oktyabrın 15-dək davam edəcək.

Xəbər 312 dəfə oxundu.