Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunun təqvimi açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turun oyun cədvəli məlum olub.

Azsport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura oktyabrın 16-da “Qəbələ” – “Zirə” oyunu ilə start veriləcək. Qəbələ şəhər stadionunda oynanılacaq görüş saat 16:00-da başlayacaq.

Turun ikinci görüşü həmin gün “ASCO Arena” oynanılacaq. “Səbail” klubu öz meydanında “Keşlə” komandasını qəbul edəcək. Qarşılaşma saat 18:00-da başlayacaq.

Daha iki görüş oktyabrın 17-də təşkil olunacaq. “Kapital Bank Arena”da “Sumqayıt” komandası “Neftçi” klubunu qəbul edəcək. Hakimin start fiti saat 16:30-da start götürəcək.

Turun son oyunu isə “Bank Respublika Arena”da saat 18:45-də “Sabah” və “Qarabağ” komandaların arasında baş tutacaq.

Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Altı turdan sonra turnir cədvəlinə 14 xalla “Qarabağ” klubu başçılıq edir. Bir xal az toplayan olan “Neftçi” ikinci, 11 xalı olan “Qəbələ” və “Zirə” isə 3-4-cü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (7), “Səbail” (6), “Keşlə” (4) və “Sabah” (1) klubları qərarlaşıblar.

Xəbər 551 dəfə oxundu.