“DÇ-2022” seçmə mərhələnin səkkizinci turuna 11 qarşılaşma ilə start veriləcək | |
Oktyabrın 11-də futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin səkkizinci turuna start veriləcək. Turun ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçiriləcək. G qrupunda Türkiyə millisi Latviyanın qonağı olacaq. Hazırda 12 xalla 3-cü pillədə olan “ay-ulduz”lular qrup lideri kimi mundiala birbaşa vəsiqə şanslarını qorumaq üçün mütləq qalib gəlməlidirlər. Bu qrupun digər matçlarında lider Niderland xalsız Cəbəllütariqi, ikinci yerdə gedən Norveç isə Monteneqronu qəbul edəcək. Gün ərzində keçiriləcək görüşlər: E qrupu Belarus – Çexiya; Estoniya – Uels. Qrupdakı vəziyyət: Belçika - 16 (6 oyun), Çexiya - 8 (6), Uels - 8 (5), Estoniya - 4 (5), Belarus - 3 (6). G qrupu Latviya - Türkiyə; Niderland - Cəbəllütariq; Norveç – Monteneqro. Qrupdakı vəziyyət: Niderland - 16, Norveç - 14, Türkiyə - 12, Monteneqro - 11, Latviya - 5, Cəbəllütariq - 0. H qrupu Kipr – Malta; Sloveniya – Rusiya; Xorvatiya – Slovakiya. Qrupdakı vəziyyət: Xorvatiya - 16, Rusiya - 16, Sloveniya - 10, Slovakiya - 9, Malta - 4, Kipr - 4. J qrupu Şimali Makedoniya – Almaniya; Rumıniya - Ermənistan; İslandiya – Lixtenşteyn. Qrupdakı vəziyyət: Almaniya - 18, Şimali Makedoniya - 12, Ermənistan - 12, Rumıniya - 10, İslandiya - 5, Lixtenşteyn - 1. Qeyd edək ki, dünya çempionatına birbaşa vəsiqəni 10 qrupda birinci yeri tutan komandalar qazanacaqlar. İkinci pilləni tutan 10 ölkə UEFA Millətlər Liqasının ümumi reytinqində 2 qrup qalibləri ilə birgə pley-off mərhələsində üz-üzə gələrək, qalan üç vəsiqənin sahibini müəyyənləşdirəcək. |
|
Xəbər 322 dəfə oxundu. |
|
|