Nazir Fərid Qayıbov Pirallahı adasında keçirilən "IronWinD" triatlon turnirini izləyib
Oktyabrın 10-da Pirallahı adasında "IronWinD" triatlon turniri keçirilib. Gənclər və idman naziri Fərid Qayıbov yarışı izləyib.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının dəstəyi, “Triterra Baku Triathlon Club”ın təşkilatçılığı ilə keçirilən turnirin iştirakçıları Olimpiya məsafəsində yarışıblar. İdmançılar qələbə uğrunda 1,5 km üzüb, sonra 40 km velosiped sürüb və 10 km qaçıblar. Turnirə qatılan 60 idmançıdan 7-si İngiltərə, Fransa, Rusiya, Ukrayna və digər xarici ölkələrin təmsilçiləri olublar.

Gərgin mübarizə şəraitində keçən yarışın yekununda, kişilər arasında Toğrul Məmmədli birinci, Cəlal Süleymanov ikinci, Tamerlan Ələkbərov üçüncü yerləri tutublar. Qadınların yarışında Rabiyə Orucova birinci, Könül Əliyeva isə ikinci olub. Estafet yarışında isə Vüqar Abdullayev, Vüsal Mikayılzadə, Denis Karçaşkin üçlüyü qalib gəlib.
Qaliblərə müvafiq diplom və medallar, qiymətli hədiyyələr təqdim edilib.

Xəbər 348 dəfə oxundu.