Türkiyə Qran-prisinin qalibi məlum olub
Oktyabrın 10-da Formula 1 üzrə dünya çempionatında Türkiyə Qran-Prisi keçirilib. Mövsümün sayca 16-cı yarışı "İstanbul Park" trasında baş tutub.

58 dövrəlik mübarizənin qalibi "Mercedes" komandasının pilotu Valtteri Bottas olub. İkinci yeri "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen tutub. “Red Bull” un digər pilotu meksikalı Serxio Peres isə ilk üçlüyü qapayıb.

Pilotların mübarizəsində Maks Ferstappen 262.5 xalla birinci, Luis Hamilton 256.5 xalla ikinci, Valtteri Bottas 177 xalla üçüncü yerdə qərarlaşıb.

Konstruktorların kubokuna “Mercedes” 433.5 xalla liderlik edir. “Red Bull Racing” 397.5 xalla ikinci, “McLaren” isə 240 xalla üçüncü yerdədir.

Xəbər 335 dəfə oxundu.