Bu gün UEFA Millətlər Liqasının final görüşü keçiriləcək
Oktyabrın 10-da UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.

Final mərhələsinin həlledici oyununda İspaniya və Fransa yığmaları üz-üzə gələcək.

Milan şəhərindəki "San-Siro" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı ingiltərəli Entoni Teylor idarə edəcək.

İspaniya yarımfinalda İtaliyanı 2:1, Fransa Belçikanı 3:2 hesabı ilə üstələyib.

İtaliya və Belçika komandaları arasındakı üçüncü yer uğrunda qarşılaşma isə daha tez - Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Bu oyun Turindəki "Alianz" stadionunda gerçəkləşəcək.

Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.

Xəbər 318 dəfə oxundu.