Xatirə turnirində müxtəlif yaş qrupları üzrə güclü şahmatçılar iştirak edirlər
Bu gün mərhum gənclər və idman naziri, ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuş respublika şahmat turniri start götürüb. Turnirdə Bakı və Sumqayıt şəhəri, Qəbələ, Qax, Balakən, Şəki, Qusar, Yardımlı, Cəbrayıl, Laçın rayonlarından 8, 10, 12, 14, 16 yaşlı şahmatçılar iştirak edirlər. Turnirin təşkilində əsas məqsəd şahmatın kütləviliyini təmin etmək, uşaq və yeniyetmələrin yarış təcrübələrini artırmaq və daha da zənginləşdirməkdir.

Bu sözləri müsahibəsində turnirin direktoru Fidan Talıbova bildirib.

O, qeyd edib ki, yarışda öz yaş qrupları üzrə güclü şahmatçılar mübarizə aparır: “Beynəlxalq reytinqli turnirdə bir sıra yarışların qalib və mükafatçıları çıxış edirlər. Turnirin favoriti Süleyman Süleymanlıdır. Son turun oyunları oktyabrın 15-də keçiriləcək”.

Yarış 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilir. Turnirdə 100-ə yaxın şahmatçı iştirak edir.

İsveçrə sistemi üzrə keçiriləcək turnir 7 turdan ibarət olacaq.

AZƏRTAC

Xəbər 302 dəfə oxundu.