Azərbaycan və İrlandiya milli komandalarının start heyətləri açıqlanıb
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan və İrlandiya milli komandaları qarşılaşacaqlar.

Saat 20:00-da başlayacaq oyun “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Artıq komandaların start heyətləri açıqlanıb.

Millimizin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Höccət Haqverdi, Maksim Medvedev, Namik Ələskərov, Emin Mahmudov, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov, Anton Krivotsyuk və Filip Ozobiç yer alıblar.

İrlandiya yığmasının heyətində isə meydana Gevin Bazunu, Mett Doerti, Şeyn Daffi, Con İqan, Joş Kullen, Kallum Robinson, Adam İdah, Ceyms Makkleyn, Ceff Hendrik, Deril Horqan və Endryu Omobamidele çıxacaqlar.

Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Espen Eskas olacaq. Ona Kim Thomas Haglund və Oystein Ytterland kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kai Erik Steen yerinə yetirəcək.

Matçın VAR hakimi Abdulkadir Bitigen, köməkçi hakim isə Ali Palabıyık (hər ikisi Türkiyə) olacaq.

Millimizin yer aldığı A qrupunda Portuqaliya millisi 13 xalla birinci, Serbiya seçməsi 11 xalla ikinci, Lüksemburq 6 xalla üçüncü pillədə qərarlaşıb. İrlandiya seçməsi 2 xalla dördüncü, hesabında 1 xal olan millimiz isə sonuncu pillədə yer alıb.


Xəbər 305 dəfə oxundu.