Azərbaycan - Xorvatiya oyununun hakimləri açıqlanıb
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Xorvatiya oyununun hakimləri açıqlanıb.

Matç çexiyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Andrey Berka olacaq. Ona İvo Nadvornik və Matey Vlcek kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pavel Orel yerinə yetirəcək.

Matç oktyabrın 12-də, saat 20:30-da, Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək.

Xəbər 314 dəfə oxundu.