“Mançester Yunayted” daha bir gənc futbolçunu hədəfə alıb
“Mançester Yunayted” daha bir gənc futbolçunu hədəfə alıb. Premyer Liqa təmsilçisi İspaniyanın “Malaqa” klubundan İskonu transfer etmək istəyir.
“Qırmızı şeytanlar” maliyyə böhranında olan komandaya 20 yaşlı yarımmüdafiəçi üçün rəsmi təkliflə müraciət edib. “Malaqa” bu futbolçunu ötən mövsüm “Valensiya”dan 4 milyon avroya almışdı. İspaniya klubunun “Mançester Yunayted”ə müsbət cavab verəcəyi gözlənilir.

Xəbər 1011 dəfə oxundu.