Bu gün ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuş respublika şahmat turniri start götürəcək
Bu gün mərhum gənclər və idman naziri, ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuş respublika şahmat turniri start götürəcək.

3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçiriləcək yarışda Bakı və respublikamızın digər regionlarından 100-ə yaxın şahmatçı iştirak edəcək.

İsveçrə sistemi üzrə keçiriləcək turnir 7 turdan ibarət olacaq.


Xəbər 297 dəfə oxundu.