Gənclər arasında dünya çempionatında daha bir cüdoçumuz mübarizə aparacaq
İtaliyanın Olbia şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatının son günündə bir idmançımız tatamiyə çıxacaq.

Qadınların turnirində cüdoçumuz Nərmin Əmirli (78 kq) yarışa qoşulacaq. O ilk qarşılaşmasında kanadalı Korali Qodbut ilə mübarizə aparacaq.

Qeyd edək ki, komandamızın aktivində 2 medal var. Belə ki Turan Bayramov (60 kq) gümüş, Elcan Hacıyev (81 kq) isə bürünc medal qazanıblar.

Turnirdə 72 ölkədən 500-ə yaxın cüdoçu iştirak edir.

Xəbər 322 dəfə oxundu.