Azərbaycan - Qırğızıstan oyununda qalib müəyyənləşməyib
Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində oktyabrın 8-də Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Qəbələdə keçirilən oyun 1:1 hesablı heç-heçə başa çatıb.

Hüseyn Babayevin 45-ci dəqiqədə qırmızı vərəqə aldığı oyunda millimizin qolunu Ege Bilsel vurub.

Oktyabrın 11-də bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.

Xəbər 308 dəfə oxundu.