Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının fəaliyyəti ilə tanış olub
Oktyabrın 8-də Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının fəaliyyəti ilə tanış olub.

Nazir yeniyetmə və gənc voleybolçularla görüşüb, onların məşq proseslərini izləyib.

Fərid Qayıbov Voleybol Federasiyasında yaradılmış şəraitlə də maraqlanıb.

Azərbaycan Voleybol Federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev nazirə federasiyanın fəaliyyəti, yarışlara hazırlıq, regionlarda voleybol bölmələrinin təşkili, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə federasiyanın baş katibi Cəlil Cəfərov, vitse-prezident Əbülfəs Hüseynov, baş koordinator Zöhrab Gözəlbəyli və yeniyetmələrdən ibarət milli komandanın voleybol komandasının baş məçqçisi Alla Həsənova iştirak ediblər.

Xəbər 378 dəfə oxundu.