Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu medal qazanıb
Azərbaycan cüdoçusu Elcan Hacıyev İtaliyanın Olbia şəhərində gənclər arasında keçirilən dünya çempionatında bürünc medal qazanıb.

81 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Ayan Bayqazi ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Hacıyev bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl Turan Bayramov gümüş medala yiyələnib.

Xəbər 320 dəfə oxundu.