AFFA-nın icraçı vitse-prezidenti Siyəzəndə aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Siyəzəndə təşkil olunan liqalarda iştirak edən aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, uşaqlara AFFA-nın adından futbol geyimləri və toplar təqdim edilib. Görüşə “Səbail” klubunda çıxış edən Rahid Əmirquliyev və Kamran Ağayev də qatılıblar.

İcraçı vitse-prezident və futbolçular uşaqlarla söhbətləşib, onlara uğurlar arzulayıblar.

Görüşün sonunda uşaq komandalarının üzvlərinin, məşqçilərin, E.Məmmədov, R.Əmirquliyev və K.Ağayevin iştirakı ilə simvolik oyun keçirilib.

Xəbər 313 dəfə oxundu.