Gənclər arasında dünya Dünya çempionatı: Daha bir cüdoçumuz mübarizəyə başlayır
İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatının üçüncü yarış günündə - oktyabrın 8-də Azərbaycanın daha bir idmançısı mübarizəyə başlayır.

81 kq çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyevin ilk rəqibi özbəkistanlı Nurbek Murtozoyev olacaq.

Qeyd edək ki, turnirin birinci günündə Turan Bayramov (60 kq) gümüş medal qazanıb.

Oktyabrın 10-dək davam edəcək yarışa 73 ölkədən 500-dən çox cüdoçu qatılıb.

Xəbər 321 dəfə oxundu.