Lüksemburq – Azərbaycan oyununda ən çox xal toplayan oyunçular məlum olub
Kişi basketbolçular arasında Avro-2013-ün seçmə mərhələsinin ilk turunda Lüksemburq – Azərbaycan oyununda ən çox xal toplayan oyunçular məlum olub. Yığmamızın heyətində bombardir adına Zaur Paşayev sahib olub. O, komandamızın aktivinə 21 xal yazmağı bacarıb. Paşayevdən 1 xal az toplayan Orxan Aydinla Carlz Devis növbəti yerlərə şərikdirlər. Elxan Əliyevin digər yetirmələrindən Aleksandr Rındin 17, Fuad Niftəliyev 10, Rasim Başak 9 və Amil Həmzəyev 4 xal yığıb. Rəqibin heyətində isə Sami Riçards daha sərrast olub. O, 28 xala sevinib. Qeyd edək ki, yığmamız 101:78 hesabı ilə qalib gəlib.

Xəbər 1120 dəfə oxundu.