Azad Rəhimovun xatirəsinə həsr olunmuş respublika şahmat turniri keçiriləcək
Mərhum gənclər və idman naziri, ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuş respublika şahmat turniri keçiriləcək.

3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçiriləcək yarışda Bakı və respublikamızın digər regionlarından 80-dən yuxarı şahmatçı iştirak edəcək.

İsveçrə sistemi üzrə keçiriləcək turnir 7 turdan ibarət olacaq.

Xəbər 324 dəfə oxundu.