Qətər dünya çempionatına hazırlıq üçün 200 milyard dollar xərcləyib
2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq üçün Qətərin ilkin xərcləri açıqlanıb.

Bu barədə ölkənin Rusiyadakı səfiri şeyx Əhməd ben Naser ben Casim əl-Tahi TASS-a açıqlamasında bildirib. O qeyd edib ki, indiyədək hazırlıq üçün 200 milyard dollar xərclənib: “Hazırda dövlətimiz turnirin təşkilinə təxminən 200 milyard dollar xərcləyib. Bu məbləğ stadionların, metro, hava limanlarının və s. tikintisinə sərf edilib”.

Qeyd edək ki, dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Xəbər 293 dəfə oxundu.