Dünya çempionatının ikinci yarış günündə Azərbaycan cüdoçuları çıxışlarını başa vurublar
İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatının ikinci yarış günündə Azərbaycanın daha iki idmançısı mübarizə aparıb.

Çempionatda kişilər arasında yarışan Nəriman Mirzəyev (73 kq) ilk qarşılaşmada Demirel Umalta (Türkiyə) məğlub olub. Komandamızın digər üzvü Rita Əliyeva (57) qadınların mübarizəsində startda Marta Favazə (Fransa) uduzub.

Qeyd edək ki, turnirin birinci günündə Turan Bayramov (60 kq) gümüş medal qazanıb.

Oktyabrın 10-dək davam edəcək turnirə 73 ölkədən 500-dən çox cüdoçu qatılıb.

Xəbər 290 dəfə oxundu.