Milli komandaların iştirakı ilə yoxlama oyunları keçirilib
Milli komandaların iştirakı ilə yoxlama oyunları keçirilib. Dünyanın müxtəlif stadionlarında yığmalar öz münasibətlərini ayırd ediblər. Azərbaycan yığmasının Bəhreynlə qarşılaşdığı gündə millimizin DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərindən Portuqaliya Panama, Rusiya Fil Dişi Sahili, Lüksemburq Gürcüstan, Şimali İrlandiya isə Finlandiya ilə ev oyununa çıxıb. Yığmamızın ilk rəqibi olan İsrail isə səfərdə Macarıstanla qarşılaşıb. Rəqiblərimizdən yalnız Portuqaliya qalib gəlib. Lüksemburq isə məğlubiyyətə üzülüb. Digərləri isə heç-heçə ilə kifayətlənib.

Ən maraqlı oyunları isə müxtəlif vaxtlarda dünya çempionu olmuş yığmaların duelləri olub. Fransa Uruqvaya, İngiltərə İtaliyaya qalib gəlibsə, Almaniya Argentina ilə bacarmayıb. Dünyanın ən yaxşı futbolçusu Lionel Messi və komanda yoldaşları 2 il əvvəl dünya çempionatında onları biabır edən Almaniya ilə oyunda 0:4 hesablı məğlubiyyətin əvəzini çıxa bilib. Bundestimin təxminən 1 saat azlıqda oynadığı görüşdə Messi penaltini də qaçırıb. Lakin sonradan qol vurmağa bacaran Lionel 3:1 hesablı qələbədə pay sahibi olub.

Anqola – Mozambik – 2:0
Yaponiya - Venesuela – 1:1
Cənubi Koreya – Zambiya – 2:1
Çin - Qana – 1:1
Sinqapur - Honkonq – 2:0
Rusiya – Fil Dişi Sahili – 1:1
Azərbaycan – Bəhreyn – 3:0
Ermənistan - Belarus – 1:2
Botsvana – Tanzaniya – 3:3
Niger – Nigeriya – 0:0
Tunis - İran – 2:2
Oman - Misir – 1:1
Bolqarıstan - Kipr – 1:0
Lüksemburq - Gürcüstan – 1:2
Norveç - Yunanıstan – 2:3
İsveç - Braziliya – 0:3
Ukrayna - Çexiya – 0:0
Xorvatiya – İsveçrə - 2:4
Danimarka - Slovakiya – 1:3
Albaniya - Moldova – 0:0
Avstriya – Türkiyə - 2:0
Macarıstan - İsrail – 1:1
Makedoniya - Litva – 1:0
Çernoqoriya - Latviya – 2:0
Belçika - Hollandiya – 4:2
Estoniya - Polşa – 1:0
Almaniya - Argentina – 1:3
Şimali İrlandiya - Finlandiya – 3:3
Serbiya - İrlandiya – 0:0
Sloveniya - Rumıniya – 4:3
Uels – Bosniya və Herseqovina – 0:2
İngiltərə - İtaliya – 2:1
Fransa - Uruqvay – 0:0
Şotlandiya - Avstraliya – 3:1
İslandiya – Farer adaları – 2:0
Portuqaliya - Panama – 2:0
Puerto-Riko – İspaniya – 1:2
Kosta-Rika – Peru – 0:1
Mərakeş – Qvineya – 1:2
Paarqvay – Qvatemala – 3:3
Kanada – Trinidad və Tobaqo – 2:0
Ekvador – Çili – 3:0
Meksika – ABŞ – 0:1
Boliviya – Qayana – 2:0
Salvador – Yamayka – 0:2

Xəbər 989 dəfə oxundu.