Naftalanda cüdoçular və məşqçi-müəllimlər üçün seminar keçirilib
Naftalanda cüdoçular və onların məşqçi-müəllimləri üçün seminar təşkil olunub.

Seminar Azərbaycan Cüdo Federasiyasının regionlarla iş üzrə sektor müdiri Tərlan Poladov, hakimlər komitəsinin sədri Mətin Rəhimli və məşqçilər komitəsinin üzvü Musa İsmayılov tərəfindən keçirilib.

Federasiyanın mütəxəssisləri cüdoçuların tәlim-mәşq prosesi metodikasından danışaraq, mәşqçilәrin yeniyetmә cüdoçularla iş prosesindә sadә hәrәkәtlərdәn başlayıb mürәkkәb hərəkətlərə necә keçmәk qaydasını izah ediblər.

Daha sonra cüdonun yeni texnika və qaydaları həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırılıb.

Xəbər 393 dəfə oxundu.