İrqçi şüarlar səsləndirən “Fiorentina” azarkeşi ağır cəzaya məruz qalacaq
İtaliya A seriyasında “Napoli” ilə ev oyununda rəqibin müdafiəçisi Kalidu Kulibaliyə qarşı irqçi şüarlar səsləndirən “Fiorentina” azarkeşi ağır cəzaya məruz qalacaq.

Təhqiramiz ifadələrə yol verən florensiyalı azarkeşə ömürlük qadağa qoyulacaq. “Fiorentina” rəhbərliyi həmin şəxsin kimliyini hələ müəyyənləşdirməsə də, onun bir daha ev oyunlarında stadiona buraxılmayacağı barədə qərar qəbul edib. Yerli polis araşdırmalardan sonra hələlik bir şübhəlini yaxalayıb. Qeyri-etik sözləri onun işlətdiyi təsdiqləndikdən sonra həmin şəxsin kimliyi kluba bildiriləcək.

Qeyd edək ki, “Napoli” səfərdə “Fiorentina”nı 2:1 hesabı ilə məğlub edib.

Xəbər 299 dəfə oxundu.