Latviya yığmasının heyətində Azərbaycan Premyer Liqasında çıxış edən 3 futbolçu meydana çıxıb
Çernoqoriya milli komandası ilə yoxlama oyunu keçirən Latviya yığmasının heyətində Azərbaycan Premyer Liqasında çıxış edən 3 futbolçu meydana çıxıb. “Bakı”nın futbolçusu Denis İvanov və AZAL-ın yeni transferi Oskar Klyavanın start heyətində yer alıb 90 dəqiqə oynadığı görüşdə Maris Verpakovski yalnız son 15 dəqiqəni iş başında olub. Lakin Denisin paytaxt təmsilçisindəki komanda yoldaşı da oyunda dönüş yaratmaq baxımından faydalı olmayıb. Qarşılaşma Çernoqoriya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bakıya məyus dönən paytaxt təmsilçilərinin futbolçularından biri – Klyava isə oyunda sarı vərəqə də alıb.

Xəbər 888 dəfə oxundu.