Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti cənab Jak Roqqa!
Hörmətli cənab Roqqa!
Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu məsul vəzifəyə seçkilərdə inamlı qələbəniz beynəlxalq idman ictimaiyyəti arasında böyük nüfuzunuzun parlaq təsdiqi, olimpiya hərəkatının inkişafı yolunda xidmətlərinizə verilən yüksək qiymətdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, olimpiya ideallarının təntənəsi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 10 oktyabr 2009-cu il

Xəbər 3054 dəfə oxundu.