Azərbaycanın fudokan komandası Avropa çempionatını 4 medalla başa vurub
Polşanın Katovis şəhərində fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatını Azərbaycan komandası 4 medalla başa vurub.

Fudokançılarımızdan uşaqlar arasında Elməddin Səlimli bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. İdmançılarımız Əsəd İmanov gümüş, Nicat Əsədov (18-21 yaşlılar) bürünc medala sahib olublar. Komandanın kapitanı Ülvi Məmmədov ciddi zədə aldığına görə mübarizəni davam etdirə bilməyib və medalsız qalıb.

Azərbaycan fudokançıları komanda yarışlarında da (18-21 yaşlılar) üçüncü yerə sahib olublar.

Qeyd edək ki, turnirdə ölkəmizi Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin rəhbərliyi altında 4 idmançı təmsil edib. Komandamız yarışa Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə yollanıb.

Qitə çempionatında otuzdan çox ölkədən idmançılar mübarizə aparıb.

Xəbər 316 dəfə oxundu.