AFFA-nın icraçı vitse-prezidenti Cəlilabadda aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti E.Məmmədov Cəlilabad şəhər stadionunda aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, futbol mütəxəssisləri Samir Əliyev və Vüqar Nadirovun da iştirak etdiyi görüşdə uşaqlara assosiasiyanın adından futbol geyimləri və toplar verilib.
Rayon futbol ictimaiyyəti ilə aparılan müzakirə zamanı Cəlilabad rayonunu təmsil edən “Ümid” komandasının AFFA-nın dəstəyi ilə cari mövsümdə “Region Liqası”nda iştirak edəcəyi qərarlaşdırılıb.


Xəbər 294 dəfə oxundu.