Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində 10 ölkədən cüdoçuların iştirakı təsdiqlənib
Noyabrın 5-7-də Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində iştirak edəcək ölkələrin qeydiyyatı davam edir.

Azsport.az Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə artıq 10 ölkə - Bolqarıstan, Kanada, Kolumbiya, Çexiya, Danimarka, Böyük Britaniya, Sloveniya, Litva, Serbiya və Venesuela iştirakını təsdiqləyib.

Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.
Cüdo üzrə “Böyük dəbilqə” turniri Bakıda 2013-cü ildən keçirilir.

Xəbər 306 dəfə oxundu.