Azərbaycan güləşçisi Alyona Kolesnik dünya çempionatında mübarizəyə qoşulur
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Beşinci yarış günündə 57, 59, 68 və 72 kiloqram çəki dərəcəsində çıxış edən qadın güləşçilər mübarizəyə qoşulublar.

Bu gün milli komandamızın bir üzvü xalça üzərinə çıxacaq. Güləşçimiz Alyona Kolesnik (59 kq) belaruslu Kristina Sazikina ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatında sərbəst güləşçilərimizdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar.

Xəbər 293 dəfə oxundu.