Azərbaycan qılıncoynadanı Zərifə Hüseynova Macarıstanda onuncu olub
Azərbaycanın qılıncoynatmanın sablya növü üzrə milli komandasının üzvü Zərifə Hüseynova Macarıstanın Gyodölle şəhərində yeniyetmələr arasında keçirilən “Huniber Cup” turnirində onuncu olub.

Qrup mərhələsini mütləq nəticə ilə başa vuran Z.Hüseynova turnirin səkkizdəbir final mərhələsinədək irəliləməyi bacarıb. Təmsilçimiz ən güclü 8 sablyaçı sırasına yüksəlmək uğrunda keçirilən görüşdə Almaniya təmsilçisi Konstantina Kefalaya 14:15 hesabı ilə uduzub.

Oğlanların şəxsi yarışında yeniyetmə sablyaçılarımız Nurlan Zeynallı və Ayxan Xasiyev qrup mərhələsini adlasalar da, pley-offda keçirdikləri ilk görüşdə məğlub olublar.

Xəbər 321 dəfə oxundu.