Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır.

Millimiz bu gün Belçikada keçiriləcək oyunda Norveçin müvafiq yaş qrupundan ibarət komanda ilə qarşılaşacaq.

Oyunu Bosniya və Herseqovinadan olan hakim idarə edəcək. Matçın baş hakimi Haris Kalyanac olacaq. Baş hakimə Amer Maciç (Bosniya və Herseqovina) və Mişel Sildraeyers (Belçika) kömək edəcəklər. Dördüncü hakim funksiyasını belçikalı Arthur Denil yerinə yetirəcək.

Xatırladaq ki, U-17 millimiz Avropa çempionatının seçmə mərhələsində üçüncü qrupda Norveç, Belçika və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Oyunlar oktyabrın 6-da, 9-da və 12-də Belçikanın Tubize şəhərində keçiriləcək.

Xəbər 277 dəfə oxundu.