Azərbaycanın U-19 komandası yoxlama oyununda qalib gəlib
Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Birinci Divizion təmsilçisi “Zaqatala” ilə qarşılaşan millimiz 2:0 hesablı qələbə qazanıb.

U-19-un qollarını Vüsal Qənbərov və Mahmud Ağayev vurublar.

Xəbər 280 dəfə oxundu.