Azərbaycanın yeniyetmə qılıncoynadanları Macarıstanda beynəlxalq turnirdə iştirak ediblər
Azərbaycanın qılıncoynatma idman növü üzrə şpaqaçıları Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən yeniyetmələrin beynəlxalq “Cadet Circuit” turnirində iştirak ediblər.

Qızların şəxsi yarışında Nazilə Rəhimova, Alfiya Abdinova, Xədicə Həsənli və Aynur Quliyeva qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib. Nəzrin Mehdiyeva isə mübarizəni erkən dayandırıb. Pley-offda arıdıcıl 3 qələbə qazanan N.Rəhimova səkkizdəbir finalda Rusiya təmsilçisi Anna Maksimenkoya 8:15 hesabı ilə uduzaraq 160-dan çox iştirakçı arasında 16-cı olub. Pley-offa yüksələn digər şpaqaçılarımız isə ilk görüşdə məğlub olaraq çıxışını başa vurub. Komanda yarışında isə qız şpaqaçılarımız Ukraynanın 3-cü komandasına 39:45 hesabı ilə uduzub.

Oğlanların şəxsi mübarizəsində isə Orxan Həsənli və Raul Aruslanov qrup mərhələsini adlasa da, pley-offda keçirdikləri ilk görüşdə məğlub olub.

Xəbər 311 dəfə oxundu.