“Qarabağ” - “Kayrat” oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək
“Qarabağ”ın UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü turunda “Kayrat”a (Qazaxıstan) qarşı keçirəcəyi ev oyununun stadionu məlum olub.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Oktyabrın 21-də keçiriləcək qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlayacaq.

“Qarabağ” Konfrans Liqasının H qrupunda 4 xalla liderdir. Ağdam təmsilçisi qrupda “Kayrat”la yanaşı, “Bazel” (İsveçrə) və “Omoniya” (Kipr) ilə mübarizə aparır.

Xəbər 292 dəfə oxundu.