Azərbaycanın MMA döyüşçüsü Zabit Səmədov növbəti qələbəsini qazanıb
Azərbaycanın məşhur kikboksçusu və MMA döyüşçüsü Zabit Səmədov növbəti qələbəsini qazanıb.

O, Fransanı təmsil edən Nayf Didie ilə K-1 qaydaları əsasında keçirilən döyüşdə qarşılaşıb.

Həmyerlimiz rəqibini texniki nokautla məğlub edib. İdmançılar arasında döyüş Çeçenistanda baş tutub.

Xəbər 317 dəfə oxundu.